20 iyul 2026 23:23
133

Endi Börnemin yeni hökuməti qərarlaşmamış yüksəkvəzifəli şəxslər istefa verdilər

Böyük Britaniyanın baş nazirinin müavini və ədliyyə naziri Devid Lemmi, eləcə də maliyyə naziri Reyçel Rivz Endi Börnemin yeni hökumətinin tərkibi açıqlanmadan istefa veriblər.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, hər iki siyasətçi istefa vermiş baş nazir Kir Starmerin yaxın silahdaşları hesab olunurlar.

Bundan əvvəl Britaniya KİV-i Endi Börnemin hökumətində baş nazirin müavini vəzifəsini hakim Leyboristlər Partiyasının sədr müavini Lüsi Pauellin tutacağını yazmışdı. Maliyyə naziri postuna isə hazırkı daxili işlər naziri Şabana Mahmudun təyin olunacağı ehtimal edilir.

Endi Börnem bazar ertəsi günorta saatlarında baş nazir vəzifəsinin icrasına başlayıb. O, may ayında keçirilən yerli seçkidə Leyboristlər Partiyasının məğlubiyyətindən sonra partiya deputatlarının təzyiqi ilə istefa verməyə məcbur qalan Kir Starmeri əvəz edib.