20 iyul 2026 16:56
156

Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb

Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, nazirliyin kollegiya üzvlərinin sayı 13-dən 14-ə çatıdırlıb.