20 iyul 2026 13:50
162

Hacı Əliyev: Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm

Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına 1 həftə qalır.

“İki sahil” xəbər verir ki, Mili Gimnastika Arenasında təşkil ediləcək mundialın son günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Milli komandanın böyük məşqçisi Hacı Əliyev komandanın məsul yarışa hazırlığını dəyərləndirib:

“Komandamız indiyədək çoxlu təlim-məşq toplanışı keçib. Bura həm fiziki, həm də taktiki-texniki çalışmalar daxildir. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalib və mükafatçıları yer alıb. Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram. Düzdür, bir neçə güləşçimizdə yüngül zədələr var. Bunun güləşçilərimizin qarşısını alacağını düşünmürəm. Dünya çempionatında yüksək rəqabət olur. Ona görə proqnoz vermək çətindir. Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”.