İyulun 20-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın veteran üzvlərindən olan rayon Ziyalılar Cəmiyyətinin sədri, həkim Novruzov Sabir Əlibəy oğlunun 80 illik yubileyi münasibətilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Görüşün sonunda partiya veteranı Sabir Novruzova partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 80 illik yubileyi münasibətilə Təşəkkürnamə, və xatirə hədiyyəsi təqdim edilmişdir.
Sonda çıxış edən partiya veteranı Sabir Novruzov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.