17 iyul 2026 14:16
95

"The New York Times": Ukraynada siyasi böhran Zalujnının istefasından bəri ən böyük səviyyəyə çatıb

Ukraynada hökumətin kütləvi şəkildə istefaya göndərilməsindən sonra yaranan daxili siyasi böhran 2024-cü ildən bəri qeydə alınan ən ciddi və mürəkkəb mərhələyə qədəm qoyub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The New York Times" (NYT) qəzeti strateji təhlilində məlumat yayıb.

Nəşrin ekspertlərinin fikrincə, Ukrayna rəhbərliyində və idarəetmədə yaranan hazırkı idarəolunmaz vəziyyət, vaxtilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifəsindən azad edilməsindən bəri baş verən ən irimiqyaslı siyasi sarsıntıdır.

Məqalədə iki böyük böhran arasında paralellər aparılır və idarəetmədəki struktur ziddiyyətləri vurğulanır.  2024-cü il böhranında Ukrayna Prezidenti Vladimir Zelenski ilə ordu generalı Valeri Zalujnı arasında ölkədəki səfərbərlik siyasətinin aparılması metodları, hərbi çağırış qaydaları və cəbhədəki taktiki addımlar barədə prinsipial fikir ayrılıqları və kəskin münaqişə yaranmışdı.

"The New York Times" qeyd edir ki, indiki halda innovativ ideyaları ilə seçilən müdafiə naziri Mixail Fyodorovun qəfil uzaqlaşdırılması Ukrayna hakimiyyətinin daxilindəki gizli parçalanmanı üzə çıxarıb. Bu qərar dövlət aparatındakı "texnokratlar" ilə "generallar" arasında açıq müstəvidə güclü qarşıdurmaya və daxili xaosun artmasına səbəb olub.

Ölkədə idarəetmə böhranının dərinləşməsini həm də paytaxt rəhbərliyində və nazirlər kabinetində ard-arda həyata keçirilən kəskin dəyişikliklər təsdiqləyir.