Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 14 iyul 1969-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi rəhbərliyə gəlişinin 57-ci ildönümü münasibətilə “Zəfər yürüşünün başlandığı gün” mövzusunda rayon təşkilatının “Gənclərin siyasət və analitika mərkəzi” siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili və “Gənc liderlər məktəbi” liderlik, natiqlik, fərdi inkişaf və kollektiv fəaliyyət layihələrinin iştirakçıları ilə görüş keçirilib.
Görüş iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Zəfər yürüşünün başlandığı gün” adlı videoçarx nümayiş olunub.
Görüşdə çıxış edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikamızın ictimai-siyasi və iqtisadi həyatında yeni bir dövrün başlanğıcı olub.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik fəlsəfəsi və idarəçilik prinsipləri bu gün də ölkəmizin davamlı yüksəlişinin ideoloji-siyasi əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə edir.
Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
***
Həmin Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi rəhbərliyə gəlişinin 57-ci ildönümü münasibətilə “Zəfər yürüşünün başlandığı gün” mövzusunda əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuş, Yeni Azərbaycan Partiyasının himinin sözlərinin müəllifi Baba Vəziroğlu ilə rayon təşkilatının “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihəsinin və “Heydər Əliyev Məktəbi”nin iştirakçılarının görüşü keçirilib.
Görüş iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Zəfər yürüşünün başlandığı gün” adlı videoçarx nümayiş olunub. Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov görüşün əhəmiyyəti və məqsədləri barədə məlumat verib. Çıxış edən əməkdar incəsənət xadimi Baba Vəziroğlu Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini diqqətə çatdırın, dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün misilsiz işlərindən söz açıb. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Baba Vəziroğlu Vətən müharibəsindəki parlaq qələbədən danışıb, “Cənab Ali Baş Komandan” şeirini səsləndirib. İştirakçıların suallarını da cavablandıran Baba Vəziroğlu ilə görüş nümayəndələrində böyük təəssürat yaradıb.
Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
Tərtərdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş su təminatı layihəsi reallaşdırılıb
“Ekoloji Dostluq Layihəsi” çərçivəsində İsmayıllının Buynuz kəndində ekoloji düşərgə keçirilib - FOTO