11 iyul 2026 08:29
98

ABŞ Milli Kəşfiyyatının rəhbəri ixtisarların yeni mərhələsinin başlandığını elan edib

ABŞ Milli Kəşfiyyatının rəhbəri vəzifəsini müvəqqəti icra edən Bill Pulti qurumda növbəti ixtisar dalğasının başladığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı məlumat məmurun X sosial şəbəkəsindəki paylaşımında yer alıb.

“ABŞ Milli Kəşfiyyatı hər hansı əvvəlki dövrlərlə müqayisədə daha səmərəli və məhsuldar fəaliyyət göstərir. Bu gün biz lazımsız hesab edilən və ya ikinci dərəcəli funksiyaları yerinə yetirən əməkdaşların ixtisarının üçüncü mərhələsinə başladıq”, – deyə o yazıb.

Pulti ixtisarların neçə əməkdaşı əhatə edəcəyini açıqlamayıb.

Bundan əvvəl də ABŞ Milli Kəşfiyyatında kadr ixtisarları həyata keçirilmişdi. CNN telekanalının iyun ayında yaydığı məlumata görə, Ağ Evin rəhbəri Donald Tramp Pultini quruma müvəqqəti rəhbər təyin edərkən onun yüzlərlə əməkdaşı işdən çıxaracağını gözləyirdi.