10 iyul 2026 17:56
70

Evdən və tikinti materialları satılan mağazadan oğurluq edən iki nəfər saxlanılıb

Xəzər rayonu ərazisində yerləşən evlərdən birindən naqil və məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.

“İki sahil” xəbər verir ki, bundan başqa, Yasamal rayonu ərazisində yerləşən tikinti materialları satılan mağazadan oğurluq etməkdə şübhəli bilinən 54 yaşlı A.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.