İyulun 8-də gənclər və idman naziri Fərid Qayıbov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Murad Əl Bluşini qəbul edib.
“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva və nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova da iştirak ediblər.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub