07 iyul 2026 17:17
148

Tramp: Türkiyə ABŞ-a bir çox digər müttəfiqlərimizdən daha sadiq olub

Ağ Ev rəhbəri Ankarada Prezident Ərdoğanla keçirdiyi görüşdə Türkiyənin regional fəaliyyətini və loyal tərəfdaşlığını yüksək qiymətləndirib.

Amerika Birləşmiş Ştatlarının lideri Donald Tramp rəsmi Vaşinqtonun müttəfiqlik münasibətlərindən danışarkən Türkiyənin ABŞ-a digər tərəfdaşlardan daha sadiq olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki,  NATO-nun Ankara sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirən ABŞ Prezidenti mətbuata açıqlamasında bu mühüm fikirləri səsləndirib: "Türkiyə bir çox məsələlərdə və sahələrdə, bizim sadiqlik gözlədiyimiz digər ölkələrlə müqayisədə ABŞ-a qarşı qat-qat daha loyal (sadiq) bir mövqe nümayiş etdirib".

Donald Trampın bu bəyanatı fonunda Qərbin və ABŞ-ın xarici siyasətində ciddi strateji yerdəyişmələrin baş verdiyi müşahidə olunur. Belə ki, Amerikanın nüfuzlu "Politico" nəşri bir qədər əvvəl yayımladığı analitik materialda İsrailin ABŞ üçün daşıdığı "xüsusi müttəfiq" statusunu rəsmən itirdiyini yazmışdı.