07 iyul 2026 15:58
89

Niderland Ukraynaya hərbi yardımların limitini bitirib

Niderland Krallığı resursların tükənməsi, xüsusilə də "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket tədarükündə yaşanan qıtlıq səbəbindən artıq Ukraynaya birbaşa hərbi yardım göstərmək imkanına sahib deyil.

“İki sahil” xəbər verir ki, bu barədə Niderlandın Müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius Ankarada keçirilən NATO sammiti çərçivəsində "Bloomberg" agentliyinə verdiyi eksklüziv müsahibəsində bildirib.

Nazir rəsmi açıqlamasında mövcud vəziyyəti açıq şəkildə etiraf edib: "Biz öz imkanlarımızın son həddinə çatmışıq. Niderland olaraq artıq əlavə birbaşa dəstək imkanımız yoxdur, çünki biz indiyə qədər çox böyük yardımlar etmişik".

Yeşilgöz-Zeqerius rəsmi Kiyevin əlavə "Patriot" zenit-raket kompleksləri və raketləri ilə bağlı yeni müraciətlərinə toxunarkən, ölkəsinin bu sahədə tamamilə imkansız vəziyyətdə olduğunu xüsusi vurğulayıb.