04 iyul 2026 18:05
89

İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

İran Fransa və Böyük Britaniyanın Hörmüz boğazı ilə bağlı birgə bəyanatına cavab olaraq, bu strateji dəhlizdə Qərb ölkələrinin mümkün hərbi fəaliyyətinə qarşı xəbərdarlığını yenidən səsləndirib.

“İki sahil” “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

Qəribabadi qeyd edib ki, İran Hörmüz boğazının təhlükəsizliyinə cavabdeh və onun təminatçısı olan ölkə kimi burada istənilən xarici hərbi hərəkətə qarşı xəbərdarlıq edir. Belə ki, boğazın təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət yalnız sahilyanı dövlətlərin üzərinə düşür.

Eyni zamanda, iranlı diplomat əlavə edib ki, Hörmüz boğazı regiondankənar qüvvələrin hərbi nümayiş meydanı deyil və bölgədə gərginlik yaratmağa çalışan tərəflər bunun nəticələrinə görə məsuliyyət daşıyacaqlar.