01 iyul 2026 15:21
120

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edəcək.

"İki sahil" "Azəriqaz"a istinadən xəbər verir ki, vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da "Qobustan Gənclər evi" sosial xidmət müəsisəsində (ünvan: Qobustan şəhəri, Sərxan Hacıyev küçəsi) keçiriləcək.

Görüşdə Qobustan və Şamaxı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.