Venesuelada baş verən güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Xorxe Rodriqes açıqlama verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1719 nəfərə, xəsarət alanların sayı isə 5034 nəfərə yüksəlib.
Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 1430 nəfər olduğu açıqlanmışdı.