29 iyun 2026 21:44
116

Hayk Koncoryan və Vaaqn Aleksanyan Ermənistan parlamentinin sədr müavinliyinə namizəd irəli sürülüblər

Hayk Koncoryan və Vaaqn Aleksanyan Ermənistan parlamentinin sədr müavinləri vəzifələrinə namizəd irəli sürülüblər.

“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Daha əvvəl Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd seçilib. Buna qədər o, Ermənistan parlamentinin sədr müavini vəzifəsini tuturdu.