29 iyun 2026 00:22
99

Çexiya bir gündə iki dəfə temperatur rekord həddə çatıb

Çexiyada hava müşahidələri tarixində ən isti gün olan bazar günü temperatur rekordu iki dəfə qırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Milli Hidrometeorologiya İnstitutu məlumat yayıb.

Məlumata əsasən, Çexiyanın şimal-qərbindəki Ustetski diyarının Doksanı kəndində saat 15:00 radələrində kölgədə hava rekord həddə - 41,1 dərəcə Selsiyə çatıb. Bir neçə saat sonra eyni yerdə 41,9 dərəcə qeydə alınıb.

Bu arada, meteoroloqlar yaxın saatlarda respublikaya soyuq cəbhənin keçəcəyi barədə xəbərdarlıq ediblər. Temperatur 10 dərəcədən çox düşəcək.