26 iyun 2026 12:17
107

Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Moskva Ticarət Mərkəzində zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlarla keçirilib.

“İki sahil” xəbər verir ki, Görüşün keçirilməsində əsas məqsəd qiymətli metallar və qiymətli daşlardan hazırlanan məmulatların dövriyyəsini tənzimləyən qanunvericilik normaları barədə məlumat vermək, dövlət əyar nəzarəti sisteminin tətbiqi ilə bağlı sahibkarları maarifləndirilmək və bu sahədə qarşıya çıxan praktik məsələləri müzakirə etmək olub. Tədbirdə iştirakçılara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, bu sahədə sahibkarların hüquq və vəzifələri barədə məlumat verilib. Əyarlama fəaliyyəti nəticəsində məmulatlara əyar damğasının vurulmasına görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları diqqətə çatdırılıb, rüsumların tətbiqi qaydaları və ödəniş mexanizmləri izah edilib. Əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması və ya dövriyyəsinin həyata keçirilməsi hallarında qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri vurğulanıb.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.