26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar YAP Daşkəsən rayon təşkilatının Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında yığıncaq keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli ordu quruculuğu siyasətindən, Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, eləcə də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi qələbələrdən ətraflı bəhs olunub.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təminatçısıdır. O, ordumuzun döyüş qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin dövlətimizin gücünü və nüfuzunu artırdığını vurğulayıb.
Yığıncaqda çıxış edənlər Azərbaycan Ordusunun qazandığı uğurlardan, 44 günlük Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq nümunələrindən danışaraq Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünün qorunmasında müstəsna rolunu qeyd ediblər.
Sonda tədbir iştirakçıları Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edərək, onlara şərəfli xidmətlərində yeni nailiyyətlər arzulayıblar.