21 iyun 2026 19:41
104

“Neftçi” kapitanları ilə müqavilənin müddəti artırdı

“Neftçi” PFK kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.

İki sahil” yazır ki, bu barədə klub məlumat yayıb.

Qeyd edilib ki, yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/18 mövsümündən komandamızın şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində bizimlə olub və 25 rəsmi oyun keçirib” klubun yaydığı məlumatda qeyd edilib.