20 iyun 2026 15:58
93

"Trabzonspor" London klubunun 20 milyon avroluq təklifini qəbul etmədi

"Fulhem" "Trabzonspor"un müdafiəçisi Nvauvu Çibuikeni transfer etmək istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə "Fotomaç" məlumat yayıb.

London klubu nigeriyalı futbolçu üçün 20 milyon avroluq təklif göndərib. Super Liqa nəhəngi 22 yaşlı mərkəz müdafiəçisini bu məbləğ qarşılığında satmaq istəməyib və təklifi qəbul etməyib.

Qeyd edək ki, "Trabzonspor" Nvauvu Çibuikeni bu ilin yanvarında Avstriyanın "Volfsberger" klubundan transfer edib. Nigeriya millisinin üzvü Qara Dəniz təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.