Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-da Vinisius Juniorun çıxışını dəyərləndirib.
“İki sahil” xəbər verir ki, italiyalı mütəxəssis Haiti ilə oyundan (3:0) sonra keçirilən mətbuat konfransında futbolçu barədə danışıb.
“Vinisius dünya çempionatına çox yaxşı formada gəlib. Fiziki vəziyyəti də əladır. Biz bunun Vinisiusun dünya çempionatı olacağını gözləmirik. Ümid edirik ki, bu, onun yox, Braziliyanın dünya çempionatı olacaq”, - deyə Ançelotti bildirib.
Qeyd edək ki, “Real”ın hücumçusu mundialda keçirdiyi ilk iki oyunda - Mərakeşlə (1:1) və Haiti ilə (3:0) qarşılaşmalarda matçın ən yaxşı futbolçusu seçilib.
Braziliya millisi qrup mərhələsinin son turunda iyunun 25-də Şotlandiya ilə qarşılaşacaq.