Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatında 22-26 iyun tarixlərində YAP Mərkəzi Aparatı və partiyanın İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsində Daşkəsəndən iştirak edəcək fəallarla görüş keçirilib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev “Heydər Əliyev məktəbi” layihəsinin gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması və vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib və gənclərə uğurlar arzulayıb.