Azərbaycan və İran arasında ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində İran İslam Respublikasının iqtisadi işlər və maliyyə nazirinin müavini, İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OIETAI) prezidenti Mehdi Heydəri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan ilə İran arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin daha da gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
Kartdan-karta köçürmələrə limit tətbiqi kiberdələduzluq riskini azalda biləcəkmi? - RƏY
Yelo Taksit kartında komissiyasız nağdlaşdırma və köçürmə kampaniyası uzadıldı!