18 iyun 2026 17:30
94

Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

Mayın 18-24-də Türkiyənin Antalya şəhərində keçirilən “Açıq havada Avropa Çempionatında” iştirak edən Məhəmmədəli Əliyev 88 kişi iştirakçı arasından 659 xal toplayaraq 29-cu yeri tutub. “İki sahil” xəbər verir ki, idmançımız bu nəticə ilə 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb.
 
Bu nəticə Azərbaycanın kamandan oxatma idmanı tarixində Avropa Oyunlarına kişi idmançılar arasında qazanılan ilk kvotadır. İndiyə qədər ölkəmizin heç bir kişi kamandan oxatanı bu idman növündə belə uğura imza atmayıb. Məhəmmədəli Əliyevin bu nailiyyəti həm də 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Olimpiya Oyunlarına gedən yolda mühüm addımlardan biri sayılır.