Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2026-nın K qrupunda Konqo Demokratik Respublikası ilə keçirilən oyunda (1:1) mənfi statistik göstərici ilə yadda qalıb.
“İki sahil” “Whoscored”a istinadən xəbər verir ki, 41 yaşlı futbolçu qarşılaşma ərzində topa cəmi 25 dəfə toxunub.Bu, 90 dəqiqə meydanda olan Portuqaliya futbolçuları arasında ən zəif göstərici olub.
Ronaldodan daha az topa toxunan futbolçular olsa da, onların hamısı sonradan meydana daxil olublar. Belə ki, Bernardo Silva 45 dəqiqədə 23, Nelson Semedu 19 dəqiqədə 16, Rafael Leau 19 dəqiqədə 13, Qonsalu Ramuş isə 8 dəqiqədə cəmi 3 toxunuş edib.
Müqayisə üçün qeyd edək ki, Portuqaliya millisinin qapıçısı Dioqu Koşta topa 36 dəfə toxunub.