İslam İnkişaf Bankı (İİB) Qrupunun özəl sektorun maliyyələşdirilməsi istiqamətində fəaliyyəti Azərbaycanın iqtisadi inkişaf prioritetləri ilə üst-üstə düşür.
“İki sahil” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən dialoq sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin xarici bazarlara çıxışı zamanı İİB-nin təqdim etdiyi maliyyə alətləri biznesin inkişafına əhəmiyyətli dəstək verir.
“Bu gün imzalanan sənədlər də göstərir ki, əməkdaşlıq artıq maliyyə xidmətləri ilə məhdudlaşmır, yeni iqtisadiyyatın və dördüncü sənaye inqilabının yaratdığı imkanları da əhatə edir”, – deyə nazir bildirib.
Nazir əlavə edib ki, İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsallaşma, regional və qlobal bazarlarda fəaliyyət imkanlarının genişlənməsinə töhfə verir.
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
Kartdan-karta köçürmələrə limit tətbiqi kiberdələduzluq riskini azalda biləcəkmi? - RƏY
Yelo Taksit kartında komissiyasız nağdlaşdırma və köçürmə kampaniyası uzadıldı!