17 iyun 2026 14:56
84

Putin Rusiya - ASEAN sammitində iştirak etmək üçün Kazana gedib

Prezident Vladimir Putin Rusiya - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yubiley sammitində iştirak etmək üçün Kazana gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusioya mediası məlumat yayıb.

Sammit çərçivəsində Vladimir Putin bir sıra ikitərəfli görüşlər də keçirəcək. Xüsusilə, bu gün Rusiya prezidenti Malayziyanın Baş naziri Ənvər İbrahim və Bruney sultanı Həsənəl Bolkiah ilə danışıqlar aparacaq. Axşam saatlarında isə cənab Putinin Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə görüşü planlaşdırılır.

Beşinci Rusiya - ASEAN sammiti iyunun 17-dən 19-na dək keçirilir. Bu tədbir tərəflər arasındakı münasibətlərin 35 illiyinə həsr olunub. Vladimir Putin və bu il ASEAN-a sədrlik edən Filippinin prezidenti kiçik Ferdinand Markos sammitin həmsədrləri olacaqlar.

Qeyd edək ki, ASEAN 1967-ci ildə təsis edilib və bura Bruney, Vyetnam, Şərqi Timor, İndoneziya, Kamboca, Laos, Myanma, Malayziya, Sinqapur, Tailand və Filippin daxildir.