17 iyun 2026 12:56
97

"Politico": Fon der Lyayen AK rəhbəri postuna üçüncü müddətə namizədliyini verməyəcək

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen 2029-cu ildə üçüncü müddətə namizədliyini irəli sürməyi planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

"Avropa Komissiyasının rəhbəri Avropa İttifaqının icraedici hakimiyyətinin rəhbərliyində üçüncü müddətə can atmayacaq", - deyə, materialda deyilir.

Bundan əvvəl El País qəzeti yazırdı ki, Aİ-də fon der Lyayen ilə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas arasında rəqabət güclənir.