Azərbaycan və Əlcəzair arasında enerji, sənaye, turizm, KOB, tranzit, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Əlcəzairin maliyyə naziri Abdelkrim Bouzred ilə görüşündə baş tutub.
Görüşdə həmçinin iki ölkə arasındakı iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, ticarət və investisiya sahəsində işbirliyinin genişləndirilməsi və onun formalaşdırılması imkanları qeyd edilib.
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
Kartdan-karta köçürmələrə limit tətbiqi kiberdələduzluq riskini azalda biləcəkmi? - RƏY
Yelo Taksit kartında komissiyasız nağdlaşdırma və köçürmə kampaniyası uzadıldı!