15 iyun 2026 15:37
98

Fidan telefon danışığında Əraqçıya nə deyib?

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən "Report"a bildirilib.

Hakan Fidan İran və ABŞ arasında əldə olunmuş razılaşma ilə bağlı proseslərin müsbət nəticə ilə yekunlaşacağına ümid etdiyini bildirib.

Türkiyəli nazir razılaşmanı pozmağa yönəlmiş təxribatlara qarşı diqqətli olmağın vacibliyini vurğulayaraq Türkiyənin regionda sülhün, əmin-amanlığın və sabitliyin möhkəmləndirilməsinə töhfələrini qətiyyətlə davam etdirəcəyini qeyd edib.

Əraqçı ABŞ ilə İran arasında aparılan danışıqlar prosesinə verdiyi töhfələrə görə Türkiyəyə təşəkkür edib.

Xatırladaq ki, bu gün ABŞ və İran arasında razılaşma əldə edilib və imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.