13 iyun 2026 14:06
98

Katz: İsrail İrana qarşı lazım olan hərəkət azadlığını qoruyub saxlayacaq

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan hərəkət azadlığını qoruyub saxlayacaq.

“İki sahil” xəbər verir ki, bunu İsrail Müdafiə naziri İsrael Katz ABŞ-İran danışıqlarına münasibət bildirərkən deyib.

Katz bildirib ki, İsrail gələcəkdə müstəqil fəaliyyət göstərə biləcəyinə əmin olmalıdır. Baş nazir Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə müvafiq hazırlıq görməyi tapşırmışıq.

Nazir həmçinin İsrail Müdafiə Qüvvələrinin (İMQ) Livan, Suriya və Qəzza zolağındakı təhlükəsiz zonalarından geri çəkilməyəcəyini vurğulayıb.

"İMQ sərhədlərimizi və vətəndaşlarımızı Hermon dağından, Livan dağından, Samariyadakı ərazilərimizdən və Qəzzanın böyük bir hissəsindən qorumağa davam edəcək", - deyə İsrael Katz bildirib.

Müdafiə naziri vurğulayıb ki, İsrail ABŞ-dan danışıqlar zamanı İranın nüvə silahlarından imtina etməsi prinsipinə sadiq qalmasını gözləyir.