13 iyun 2026 13:23
109

Ermənistanda 11 kənd işıqsız qalıb

Ermənistanda ildırım zərbəsi nəticəsində Aparan bölgəsindəki lokal yarımstansiyalardan birinin zədələnməsi səbəbindən 11 kənd elektrik enerjisiz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mediası "Ermənistanın Elektrik Şəbəkələri"nə istinadən məlumat yayıb.

Bu gün səhər saatlarında zədələnmiş transformatorun dəyişdirilməsinə başlanılıb. İşlərin yaxın bir neçə saat ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd olunur ki, daha əvvəl İrəvan-Sevan magistralında, Çarentsavan şəhəri yaxınlığında ildırım zərbəsindən körpü uçub.