"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.
ADY-dən "İki sahil"ə verilən məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 700 min tonu ötərək keçən ilin göstəricisini 34% üstələyib.
"Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48% (398 508 ton), Şimal-Cənub istiqaməti üzrə 26% (55 072 ton), Şimal-Qərb istiqaməti üzrə isə 19% (236 480 ton) artım qeydə alınıb", - məlumatda qeyd olunur.