08 iyun 2026 15:11
93

İİTKM süni intellekt mütəxəssisi üzrə vakansiya elan edir

Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vakansiya: İnnovasiya şöbəsinin mütəxəssisi

Vəzifə öhdəlikləri:

Monitorinq və qiymətləndirmə məlumatları əsasında “AI” (süni intellekt) və “Machine Learning” modellərinin hazırlanması;

Süni intellekt əsaslı qərar dəstəyi sistemlərinin qurulması;

Dövlət proqramları üzrə göstəricilərin proqnozlaşdırılması və risk analizinin həyata keçirilməsi;

“AI” əsaslı virtual köməkçi və ağıllı axtarış sistemlərinin hazırlanması;

RAG arxitekturasının qurulması və inkişaf etdirilməsi;

Mövcud Superportal sisteminə AI modullarının inteqrasiyası;

LLM modellərinin daxili məlumat bazaları üzərində tətbiqi;

Model performansının monitorinqi və optimallaşdırılması;

Məlumatların emalı, təhlili və vizuallaşdırılması;

API-lərin hazırlanması və inteqrasiyası;

Texniki tapşırıqların, funksional spesifikasiyaların və arxitektura sənədlərinin hazırlanması;

Yeni süni intellekt texnologiyalarının araşdırılması və tətbiqi.

Təhsil və ixtisas tələbləri: Ali təhsil (İnformasiya texnologiyaları üzrə);

Staja dair tələb: Müvafiq sahədə ən azı 2 ildən çox təcrübə;

Kompüter biliklərinə dair tələblər:

İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Data Science, Süni İntellekt və ya əlaqəli sahə üzrə ali təhsil;

AI / Machine Learning sahəsində minimum 2 il iş təcrübəsi;

DeepSeek, OpenAI, LLaMA, Mistral, Gemma və digər LLM modelləri ilə iş təcrübəsi;

RAG (Retrieval-Augmented Generation) sistemlərinin qurulması təcrübəsi;

LangChain, LlamaIndex və oxşar framework-lərlə iş təcrübəsi;

MySQL, SQL və ya PostgreSQL bilikləri;

REST API və mikroservis arxitekturası üzrə biliklər;

Docker və Linux mühitində işləmə bacarığı;

Git ilə işləmə bacarığı;

Agile/SCRUM metodologiyaları üzrə biliklər;

Analitik düşüncə və problem həll etmə bacarığı;

Texniki sənədlərin hazırlanması bacarığı;

Komandada işləmək və effektiv kommunikasiya bacarığı;

Texniki ingilis dili biliyi.

MLOps və model deployment təcrübəsi;

Data Warehouse və BI sistemləri ilə iş təcrübəsi.

Dil bilikləri: Azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);

Xüsusi bacarıqlar:

Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, sərbəst araşdırma aparmaq, problemi həll etmək və qərarvermə qabiliyyəti.

“İki sahil” xəbər verir ki, göstərilən tələblərə cavab verən namizədlər CV-ni faylı ad və soyadla adlandırmaqla 2026-cı il 8 iyul tarixinədək [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.