Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanınların ikinci mərhələsi keçirilib. Həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da təşkil olunub.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 5 binada keçirilən imtahanlara, ümumilikdə, 1 475 abituriyentin buraxılması nəzərdə tutulub. İmtahanın idarə olunmasına 19 rəhbər, 142 nəzarətçi ayrılıb.
Qeyd edək ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.
Azərbaycanın rəqəmsal arxitekturası: Yeni tənzimləmə strategiyası və institusional sıçrayış
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edilib - FOTO