BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da Pakistanın ən böyük əyaləti olan Pəncab əyalətinin pavilyonunun açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, açılışda Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif iştirak edib.
Tədbir çərçivəsində Baş nazir pavilyonla tanış olub, ona burada nümayiş etdirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, pavilyonda Pəncab əyalətinin şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil təminatı sahəsində həyata keçirdiyi təşəbbüslər təqdim olunur.
Qeyd olunub ki, Pəncab Hökumətinin “Apni Chhat Apna Ghar” mənzil proqramı çərçivəsində 100 mindən artıq ev istifadəyə verilib. Proqram aşağı gəlirli ailələrin mənzil təminatına dəstək məqsədi daşıyır.
Pavilyonda, həmçinin rəqəmsal idarəetmə, iqlimə uyğun inkişaf və ictimai rifah layihələri nümayiş etdirilir.
Pərviz Şahbazov: Gələcəyin şəhərləri məhz az enerji ilə daha çox dəyər yaradan şəhərlər olacaq
Rəşad Nəbiyev: Nəqliyyat dəhlizləri gələcək onilliklərdə insanların necə yaşayacaqlarını müəyyənləşdirir