15 may 2026 20:47
114

“AQTA hara baxır?” layihəsinin növbəti buraxılışı sağlamlaşdırma tədbirlərinə həsr olunub - Video

Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında qida zəncirinin müxtəlif mərhələlərində həyata keçirilən sağlamlaşdırma tədbirlərindən bəhs olunur. “İki sahil” xəbər verir ki, materialda heyvan və ərzaq bazarlarında, eləcə də istehsal müəssisələrində aparılan sağlamlaşdırma işlərinin qida təhlükəsizliyinin təmin olunmasındakı rolu diqqətə çatdırılır.

Eyni zamanda qənd və karamel emalı müəssisəsində aparılan sağlamlaşdırma işləri də təqdim olunur. Bildirilir ki, Agentliyin metodiki dəstəyi və verilən tövsiyələr əsasında müəssisədə aşkar edilmiş nöqsanlar aradan qaldırılıb, fəaliyyət qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılıb.

Videoda sağlamlaşdırma tədbirlərinin sağlam və dayanıqlı biznes mühitinin formalaşdırılmasına, eyni zamanda istehlakçıların təhlükəsiz qida ilə təmin olunmasına xidmət etdiyi vurğulanır.