01 may 2026 12:33
135

Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılıb

Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.

​Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.