27 aprel 2026 20:50
135

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Paragüllə atıcımız Kamran Zeynalov Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistan Respublikası Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentlik, Özbəkistan Respublikası Gənclər İşləri Agentliyi və Özbəkistan Könüllülər Assosiasiyası tərəfindən təşkil olunan beynəlxalq konfransda çıxış edib.

“İki sahil” xəbər verir ki, ümumilikdə 8 ölkədən 50-dən çox nümayəndənin iştirak etdiyi konfransda paralimpiyaçımızın uğurlarını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra K.Zeynalov, əlilliyi olan yeniyetmə və gənclərin də qatıldığı tədbirdə iştirakçılar qarşısında çıxış edərək öz uğur yolundan danışıb.

Bu il 30 illiyini qeyd edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yubileyinə həsr olunmuş videoçarxların nümayişindən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.