Aprelin 20-də “Partiya fəalları” layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar YAP Masallı rayon təşkilatı tərəfindən bir qrup fəal gəncin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
“İki sahil” xəbər verir ki, Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə həyata keçirilən ekskursiya zamanı gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Ekskursiya zamanı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək, onun zəngin irsi haqqında gənclərə geniş məlumat verib.
Sonda xatirə şəkili çəkilibr.