Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start veriləcək.
“İki sahil” xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizə aparacaq. Xalça üzərinə Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram), Sənan Süleymanov (77 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) çıxacaqlar.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB