Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatını dörd medalla başa vurublar.
“İki sahil” xəbər verir ki, bunlardan 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.
Avropa çempionatında Hidayət Heydərov (73 kiloqram) ikinci, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) üçüncü yeri tutublar.
Turnirə bu gün yekun vurulacaq.
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB