19 aprel 2026 10:31
194

Muxtar Babayev COP31-in Prezidenti ilə görüşüb

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri və COP31-in prezidenti Murat Kurum ilə görüşüb.

“İki sahil” xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycanın davamlılığı təmin edərək COP-a dəstək olmaq üçün COP31 Sədrliyi ilə birlikdə çalışacağı vurğulanıb.