Aprelin 17-də gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku ərəfəsində ölkəmizdə səfərdə olan Belarus Gimnastika Federasiyasının prezidenti Yelena Skripeli qəbul edib.
“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Belarus Gimnastika Federasiyasının baş katibi Alesiya Maçulskaya da iştirak edib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB