Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura start veriləcək.
“İki sahil” xəbər verir ki, "Turan Tovuz" "Araz-Naxçıvan"la qarşılaşacaq. Sumqayıtdakı "SOCAR Polymer Arena"da reallaşacaq görüş saat 17:00-da başlayacaq. Tovuz təmsilçisi 52 xalla üçüncü, Naxçıvan klubu isə 39 xalla altıncı pillədədir.
Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olacaq. "Zirə" İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:30-da start götürəcək. "Ağ-qaralar" 43 xalla beşinci, “qartallar” isə 44 xalla dördüncü yerdədir.
Tura aprelin 19-da yekun vurulacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB