17 aprel 2026 10:23
129

Cənubi Koreya Hörmüz boğazından yan keçərək Qırmızı dənizlə neft tədarük edən ilk ölkə oldu

Cənubi Koreyanın xam neft daşıyan gəmisi ilk dəfə Hörmüz boğazından yan keçərək Qırmızı dəniz vasitəsilə alternativ marşrutdan uğurla keçib.

“İki sahil” xəbər verir ki, bu barədə "JoongAng Daily" qəzeti Dəniz Nəqliyyatı və Balıqçılıq Nazirliyinə istinadla xəbər verir.

Bu hadisə Hörmüz boğazının faktiki olaraq blokadaya alınması fonunda dolama marşrutun istifadəsinin ilk təsdiqi oldu.

Nazirlik bunu Seulun İran ətrafında davam edən gərginlik şəraitində Yaxın Şərqdən sabit enerji tədarükünün təmin edilməsi üçün gördüyü tədbirlərin effektivliyinin sübutu adlandırıb.

Daha əvvəl Cənubi Koreya hökuməti bildirmişdi ki, Seul Hörmüz boğazına alternativ marşrutlar axtarmağa davam edəcək, çünki boğazdan gəmilərin hərəkəti hələ də blokadadadır.