ABŞ-nin maliyyə naziri Skott Bessent G20 ölkələrindən olan həmkarlarına İrana qarşı sanksiya təzyiqi göstərmək üçün müraciət edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo" agentliyinə Yaponiyanın maliyyə naziri Sazuki Katayama bildirib.
O, Vaşinqtonda keçirilən G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak edib.
Katayama dəqiqləşdirib ki, danışıq iştirakçıları Yaxın Şərqdəki vəziyyətin tezliklə sabitləşmə tələb etdiyi məsələsində də yekdil olduqlarını bildiriblər.