17 aprel saat 10:00-da Bakı Badminton Klubunda Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “Parabadminton Günü” təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, tədbirin əsas məqsədi parabadminton idman növünün təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüzivliyin təşviqi, eləcə də yeni istedadların üzə çıxarılmasıdır.
Tədbir çərçivəsində əlilliyi olan yeniyetmə və gənclər parabadminton idman növünü ilk dəfə sınaqdan keçirmək imkanı əldə edəcək, bu paraidman növü üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB