14 aprel 2026 10:28
159

İran müharibədə 270 milyard dollar itirib

İranın son müharibədə itkiləri ilkin olaraq 270 milyard dollardır. 

“İki sahil” xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani "RİA Novosti" agentliyinə müsahibəsində deyib. 

O, bu rəqəmin qəti olmadığını bildirib: "Danışıqlar qrupumuzun izlədiyi və İslamabad danışıqlarında da izlənilən məsələlərdən biri müharibə təzminatı məsələsidir. Zərərlər bir neçə təbəqədə araşdırılmalıdır. İranın ABŞ və İsrail hücumlarından itkiləri hazırda təxminən 270 milyard dollar olaraq qiymətləndirilir".