14 aprel 2026 11:01
133

Qırğızıstan rus dilində olan kənd adlarının dəyişdirilməsi məsələsinin gündəmdə olmadığını açıqlayıb

Qırğızıstan prezidenti Sadır Japarovun mətbuat katibi Askat Alagözov bildirib ki,  rus dilində olan kənd adlarının dəyişdirilməsi məsələsi Qırğızıstanda gündəmdə deyil.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O, agentliyinə bildirib ki, "orada kəndlərə insanların adının verilməsinin qadağan edilməsi ilə bağlı müzakirələr aparılıb və bu, sadəcə bir layihə idi".

Bundan əvvəl Qırğızıstan Təhsil Nazirliyi Rus Dilinin Təşviqi üzrə Beynəlxalq Təşkilatın yaradılmasını dəstəkləyib.

Qeyd edək ki, Qırğızıstan hakimiyyətinin 2027-ci ilin sonunadək ölkədə rus dilində qalan kənd adlarını dəyişdirməyi planlaşdırdığına dair məlumatlar yayılmışdı. Bu barədə dövlət başçısı Sadır Japarov Oş vilayətinin Alay rayonunun əhalisi ilə görüşü zamanı bildirmişdi.